UEFA Latviyanın “Ventspils” klubunu fırıldaqçılıq və korrupsiya səbəbi ilə cəzalandırıb.
Busaat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nəzarət, Etika və İntizam Komitəsinin qərarına əsasən, komanda 7 il müddətində Avrokuboklarda iştirak edə bilməyəcək. Həmçinin klub rəsmilərindən Adlan Şişkanov ömürlük, Nikolas Dyakins isə 4 illik futboldan kənarlaşdırılıb.
Bundan əlavə, UEFA FİFA-dan verdiyi qərarların dünya miqyasında tətbiqini tələb edib.