UEFA-dan millinin oyunçularına növbəti XƏBƏRDARLIQ

image-cefrinbackend

UEFA prezidenti Aleksander Çeferin  Avropa Superliqası oyunçularının UEFA və FİFA turnirlərində milli komandalarını təmsil edə bilməyəcəklərini təsdiqləyib.

Busaat.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib:

“Futbol rəqabətə davamlılıq, ədalət və idman performansına əsaslanan dünyanın ən böyük idman növünə çevrildi. Bu dəyişikliyə heç vaxt icazə verməyəcəyik. Milyonlarla insanın, eləcə də medianın, siyasətçilərin və futbolun rəhbər orqanlarının olduğu dünya futbol azarkeşlərini bu təşəbbüsün heç vaxt uğurla başa çatmaması üçün əlimizdən gələni etdiyimizə görə bizə dəstək olmağa çağırırıq.

FİFA və altı konfederasiya tərəfindən əvvəlcədən elan edildiyi kimi, Superliqada oynayacaq futbolçuların dünya və Avropa çempionatlarında iştirakı qadağan ediləcək. Milli komandalarını heç bir beynəlxalq görüşdə təmsil edə bilməyəcəklər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90