“Uğrunda güllə yarası alıb, görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi” – İlham Zəkiyev

“Uğrunda güllə yarası alıb, görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi” – İlham Zəkiyevbackend

“Yaralandığım və doğulduğum Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edildi. Çox sevinirəm, əsgərləmizə dəstəyəm”.

Busaat.az xəbər verir ki, bu sözləri paraolimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində deyib.

O Azərbaycan Ordusuna dəstək olduğunu deyib: “Allah Azərbaycan dövlətini və ordusunu qorusun. Kaş mənim də səhhətim imkan verərdi və qardaşlarımla çiyin-çiyinə döyüşərdim”.

Xatırladaq ki, İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90