Ukraynalı diplomat da koronavirusa yoluxdu

Ukraynalı diplomat da koronavirusa yoluxdubackend

Ukraynalı diplomatlardan biri koronavirusa yoluxub, daha üçünün xəstəliyə yoluxduğundan şübhələnilir.

Busaat.az ın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba canlı efirdə məlumat verib.

“Təəssüf ki, xaricdəki işçilərimizdən birinə artıq koronavirus diaqnozu qoyuldu və xəstəlik olduqca mürəkkəb bir formada keçir. Lakin həmkarımızın vəziyyəti stabildir. Digər bir diplomatik missiyada üç işçinin koronavirusa yoluxduğu şübhəsi var və təcrid vəziyyətindədirlər”, – deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, son məlumatlara görə, Ukraynada 41 COVİD-19-a yoluxma faktı aşkarlanıb. Onlardan 3-ü vəfat edib, 1-i isə sağalıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90