“Ukrayna yalnız Qərb tərəfdaşlarının yeni maliyyələşdirməsi sayəsində sağ qala biləcək, xüsusən də Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi yolu ilə Kiyevə təzminat kreditləri verməyə razılaşarsa”.
Busaat.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski “Bloomberg”-ə müsahibəsində bildirib.
Zelenski Avropa İttifaqının bu qərarı qəbul edəcəyini gözləyir: “Əks halda, biz alternativ axtarmalı olacağıq; bu, bizim sağ qalma məsələmizdir. Ona görə də buna çox ehtiyacımız var. Mən tərəfdaşlarımıza ümid edirəm”.
Yeganə








