“Utanmadan şər-böhtan yayırlar” – Videobackend

Son günlər mətbuatda haqqında çıxan iddialara cavab vermək üçün Ülvi Əhmədov Yenicag.az-a müraciət edib.

 

 

O bildirib ki, onun və aliəsinin haqqında deyilənlər hamısı şər, böhtandır.

Yenicag.az Ülvi Əhmədovun müraciətini sizə təqdim edir:

“Özümü təqdim edərək bildirirəm ki, mənim adım Əhmədov Ülvi Bağır oğludur. Ağsu rayon Cəlayır kənd sakiniyəm. Bu müraciəti etməkdə etməkdə məqsədim mənim, ailəm və yaxın qohumlarım, yəni nəslimin nümayəndələri haqqında şər, böhtan və təhqir xarakterli məlumatları kütləvi informasiya vasitələrində yayan Cəlayır kənd sakinləri Qənbərov Müğbil Malik oğlu və Zeynalov Mikayıl Ağaxan oğlu barəsində əsl həqiqətləri bildirmək və onların həqiqi üzünü göstərməkdən ibarətdir. Bildirmək istəyirəm ki, həmin şəxslərin bizim haqqımızda şər və böhtan xarakterli verdiyi məlumatları heç bir dəqiqləşdirmə aparmadan işiqlandıran dırnaqarası qərəzsiz kütləvi informasiya vasitələrinə etimad etmədiyim üçün müraciətimin digər obyektiv kütləvi informasiya vasitələri tərəfindən qəbul edilib ictimailəşdirilməsini xahiş edirəm.

Çıxışımın əvvəlində bildirmək istəyirəm ki, mən, ailə üzvlərim və yaxın qohumlarım kəndimizdə kənd təsərufatı ilə məşğul olmaqla ya da ki, dövlət qulluğundan dövlətimizə və xalqımıza sədaqətlə xidmət edərək dövlətimizin verdiyi əmək haqqı hesabına ailələrimiz dolandıran zəhmətkeş insanlarıq. Hər zaman da Ümumilli Liderimiz Heydər Əliyev, onun siyasi kursunun layiqli davamçısı Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında respublikamızda xalqımıza göstərilən diqqət və qayğını öz üzərimizdə hiss etmişik və hər zaman xalqımıza, dövlətimizə, ölkə rəhbərliyimizə sədaqətlə həyat sürmüşük. Lakin çıxışımın əvvəlində adlarını qeyd etdiyim şəxslər, yəni Mikayıl və Muğbil adlı şəxslər çıxışlarında guya kənd sakinləri adından birbaşa utanmadan təhqir yağdırmaqla və bizə böhtan atmaqla bizi özləriylə münaqişəyə çəkirlər. Həmin şəxslərin qeyd etdiyim tərzdə olan çıxışları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən təkzib edilməsinə baxmayaraq, onlar rəsmi dövlət orqanlarının məlumatlarını da şübhə altına alıb öz çirkin əməllərini davam etdirir, kənd əhalisi arasında çaxnaşma yaradır.

Onlar barəmizdə dedikləri fikirlərlə bizi də münaqişəyə çəkməyə davam edirlər. Biz onların bu kimi qanunsuz əməllərindən qorunmaq, pozulmuş hquqlarımızın bərpa edilməsi və gələcəkdə bizə qarşı onların bu kimi əməllərinin davam etdirilməməsi üçün dövlətimizdən kömək istəyirik və buna görə də onların barəmizdə etdiyi şər və böhtanlarla bağlı məhkəməyə müraciət edəcəyik. Həmçinin bildirirəm ki, ölkəmizdə mövcud olan pandemiya dövründə cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında daxil işlər orqanlarının Ağsu rayonu ərazisində danılmaz əməyi, gecə gündüz bilmədən gərgin çalışmaları nəticəsində xalqımızın koronavirus bəlasından maksimum qorunmağına baxmayaraq, həmin şəxslər utanmadan polis əməkdaşlarının barəsində şər və böhtan xarkterli məlumatlar yayıb onları nüfuzdan salmağa çalışırlar. Ancaq respublikamızın və o cümələdən, kənd sakinlərinin mütləq əksəriyyəti polisin müsbət fəaliyyətini görür və dəstəkləyir. Kütləvi informasiya vasitələrindən xahiş edirəm ki, bizim ünvanımıza şər böhtan atan şəxslərin dediklərini ayrı-ayrı faktlarla təkzib etməklə geniş şəkildə çıxış etməyimiz üçün şərait yaradasınız”.

Qeyd edək ki, Ülvi Əhmədov video müraciət də edib. Həmin videonu sizə təqdim edirik: