Vaqnerin daha bir yüksək səviyyəli üzvü sığınacaq istəyir

image-rusiyabackend

Rusiyanın “Vaqner” hərbi şirkətinin yüksək vəzifəli üzvü olan rusiyalı Andrey Medvedyev Norveçdən sığınacaq istəyib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Norveç İmmiqrasiya Xidməti (UDI) təsdiqləyib.

UDI Associated Press-ə verdiyi açıqlamada “təhlükəsizlik və məxfilik səbəbi ilə” məsələ ilə bağlı əlavə məlumat verə bilməyəcəyini bildirib.

Fayl Norveç hakimiyyət orqanlarına təqdim edildikdən sonra Medvedev Osloya göndərilib.

Qeyd edək ki, Norveç polisi ötən həftə bir nəfərin Rusiya sərhədini keçərək Norveçə qanunsuz daxil olduğunu bildirib.

Norveçin NTB xəbər agentliyinin məlumatına görə, onun iyulun 6-da Vaqneri tərk etdikdən sonra qaçan Medvedyev olduğu güman edilir.

Rus oliqarx Yevgeni Priqojinə məxsus “Vaqner”in bir çox ölkədə, əsasən də Afrika qitəsində fəaliyyət göstərdiyi məlum olsa da, sözügedən rus hərbi şirkəti ötən ay Serbiyada “dostluq və əməkdaşlıq mərkəzi” qurduğunu açıqlayıb.

Bildirilib ki, Moskvayönümlü RT xəbər portalı serb dilində Vaqnerin Ukraynada döyüşçülər axtarması barədə elan dərc edib və insanları buna təşviq edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90