Vəfa Mustafayev vəfat ETDİ – FOTO

image-1767695707_vefat_2024_21-3backend

Fransadakı Azərbaycan diasporunun fəal üzvü, tanınmış alim Vəfa Mustafayev vəfat edib.

Busaat.az xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1938-ci ildə Bakıda anadan olan Vəfa Mustafayev orta və ali təhsilini doğma şəhərində alıb. Daha sonra Fransaya köçən soydaşımız burada diaspor fəaliyyətinə fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb.

Vəfa Mustafayev uzun illər Parisdə UNESCO-nun mənzil qərargahında çalışıb, qurumun Asiya şöbəsinin rəhbəri və layihə koordinatoru vəzifələrində fəaliyyət göstərib. Azərbaycanın gənc istedadlarının UNESCO platformalarında tanıdılmasına, ölkəmizlə UNESCO arasında əlaqələrin möhkəmlənməsinə və elmi diasporun inkişafına mühüm töhfələr verib.

1778134239033 dc2edd0b5764 resize 2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki