Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandırıldıbackend

Ağstafa rayonundakı “Yaşıl Göl” ailəvi istirahət mərkəzində vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerində araşdırıblar. Fakt təsdiqini tapıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Busaat.az-a bildirib ki, həmin istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanılmasına görə akt tərtib olunub. Vəhşi heyvanlar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.

Nazirlik vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəsini verərək bu faktı ictimailəşdirən hər kəsə təşəkkürünü bildirir.