Velosipedçimiz yıxılıb durdu, finişə çatdı – FOTO  

Velosipedçimiz yıxılıb durdu, finişə çatdı – FOTObackend

Türkiyənin Antalya şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “GP Antalya” yarışı keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, 119 km məsafəyə 2 saat, 45 dəqiqə, 25 saniyəyə çatan 32 nəfərlik qrupda Azərbaycan yığmasının üzvü Nəcəf Bağırov da olub. O, fotofinişə əsasən 13-cü nəticə göstərib.

Finişə 400 metr qalmış yığmanın digər üzvü Əli Qurbanov yıxılaraq yüngül zədə alsa da, mübarizəni davam etdirərək finiş xəttini keçə bilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90