Venesiya yığmasının baş məşqçisi Paolo Vanoli komandanın rusiyalı yarımmüdafiəçisi Denis Çerışev haqda danışıb.
Busaat.az xəbər verir ki, bu barədə Tutto Venezia Sport məlumat yayıb.
“Çerışev vəzifəsinə qayıdır, özünü yaxşı hiss edir. Onun komandaya fayda verəcəyinə əminəm. Mən Çerışevi layihəmizin bir hissəsi kimi görürəm. Onun ciddi keçmişi ilə yeni motivasiya tapmaq və həvəsləndirmək o qədər də asan deyil. O, uğur qazanır və mən buna şadam”, – Vanoli bildirib.
Xatırladaq ki, Çerışev 2022-ci ildən “Venesiya”da çıxış edir. Ötən mövsüm 32 yaşlı rusiyalı yarımmüdafiəçi B Seriyasında 24 matçda iştirak edib, 4 qol vurub və iki məhsuldar ötürmə edib.
Denis karyerasının əvvəlində “Valensiya”, “Vilyarreal”, “Sevilya” və “Real Madrid” kimi komandalarda oynayıb.