“Vətən Müharibəsi-Qarabağ Zəfəri” inşa müsabiqəsinin 2-ci mərhələsi keçirildi – Fotolar

“Vətən Müharibəsi-Qarabağ Zəfəri” inşa müsabiqəsinin 2-ci mərhələsi keçirildi – Fotolarbackend

Bakı şəhəri İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən Müharibəsinə” həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn inşa müsabiqəsinin Binəqədi turunun 2-ci mərhələsi keçirilib.

Busaat.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması,onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Müsabiqədə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 32 orta məktəbdən 17 mövzu üzrə 57 şagird iştirak etmiş, onlardan 23 şagird 1-ci mərhələni uğurla başa çatdırmış, 8 şagird 2-ci mərhələyə vəsiqə qazanıb.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şöbənin baş məsləhətçisi Amal Əsgərov, məktəb direktorları, məktəblərin tarix müəllimləri və şagirdlər iştirak edirdilər.

Tədbir Azərbaycan xalqının Ümumilli Lideri Ulu Öndər Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən və Dövlət himninin səslənməsindən sonra açıq elan edildi. Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin “İctimai-Siyasi və Humanitar Məsələlər” şöbəsinin baş məsləhətçisi Amal Əsgərov müsabiqənin seçim mərhələləri haqqında iştirakçılara ətraflı məlumat verdi.

Tədbirdə çıxış edən Binəqədi Rayonu İcra Başçısının müavini Sevinc Süleymanova bütün iştirakçılara uğurlar arzu etdi. Bildirdi ki, Binəqədi Rayon İcra Hakimiyyəti bundan sonra da şagirdlər və gənclər arasında vətənpərvərliyin, doğma yurda sevginin, dövlətə sədaqətin təbliği istiqamətində olan layihələrin keçirilməsinə davam edəcək.

Daha sonra 2-ci mərhələyə vəsiqə qazanan şagirdlər inşaları ilə çıxış etdi. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq dərəcəli “Diplom” və “Təşəkkürnamə” ilə mükafatlandırılacaqlar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90