VPN tətbiqindən istifadə edənlərin nəzərinə: Məlumatlarınız satıla bilər! – Ekspertdən çağırış  

VPN tətbiqindən istifadə edənlərin nəzərinə: Məlumatlarınız satıla bilər! – Ekspertdən çağırışbackend

“VPN şirkətləri şəxsin “IP address”, “MAC address”lərini girdiyini websaytları və lazım olduqda digər şəxsi məlumatları saxlayır. Bu məlumatlar isə dördüncü tərəfə satıla bilər”.

Bunu Busaat.az-a açıqlamasında
Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkə üzrə internetin verilişində məhdudiyyətlərin tətbiqi və sosial şəbəkələrdə yaradılan məhdudiyyət fonunda bir sıra vətəndaşların internetə əlçatımlılığı təmin etmək üçün VPN tətbiqlərinin istifadəsini dəyərləndirən informasiya texnologiyaları üzrə mütəxəssis Sayad İbrahimov bildirib.

Sayad İbrahimov qeyd edib ki, istifadə olunqn VPN proqramları şəxsin internetə çıxışını öz sistemləri üzərindən təmin edir. Bu isə birbaşa təhlükəli ola bilər:

“Bu təhlükəyə səbəb şəxsin VPN-dən istifadə edən zaman göndərdiyi məlumatların, istifadə etdiyi VPN serverləri üzərindən keçib ünvana çatmasıdır. Belə olan halda artıq üçüncü tərəfin sizin məlumatlarınızı əldə etmə imkanı olur. Bu cür VPN şirkətləri şəxsin “IP address”, “MAC address”lərini girdiyini websaytları və lazım olduqda digər şəxsi məlumatları saxlayır. Bu məlumatlar isə dördüncü tərəfə satıla bilər.

Sadə şəkildə desək, VPN proqramı istifadə olunan cihazla VPN şirkəti tərəfindən idarə edilən bir server arasında şifrəli bir bağlantı yaradır. Əsasən PPTP, L2TP kimi protokollarla şifrələnir. Və xüsusi şifrələnmə vasitəsilə şəxsi yerli internet provayderlərindən bir növ gizlədir.
Belə ki, A nöqtəsindən B nöqtəsinə göndərilən paket ortada C nöqtəsində olan yoxlama məntəqəsindən keçir. C nöqtəsində olan post şəxsin paketinə nə istəsə edə bilər. Burada A şəxs, B məlumatı göndərilən tərəf, C isə şəxsin istifadə etdiyi VPN tətbiqidir”.

Ekspert bildirib ki, təhlükənin qarşısını almaq üçün görülməsi gərəkən ehtiyat tədbirlərinə əməl etmək lazımdır:

“Ən azından VPN proqramlarının kimə, kimlərə məxsus olduğuna baxılmalıdır. Mümkün qədər VPN proqramlarından istifadə edərkən önəmli ( şəkil, video, səs, yazı ) informasiyaları göndərmək olmaz. Yalnızca vacib anlarda istifadə olunması və söhbətlər xaric, sadəcə “surfing”lə yetinməyə çalışmaq məqsədəuyğundur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90