“Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri” – Video

“Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri” – Videobackend

 

“Bir aydır Türkiyədən Bakıya qayıtmışam. Yaxşı ki, vaxtında qayıtdım, yoxsa orada əziyyət çəkərdim. Bəşəriyyəti saran bir şey oldu. Quş, donuz qripi olub, amma belə bir şey olmayıb. Hələ də virusun əlacı tapılmayıb”.

Busaat.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev deyib. Məşhur aktyor “Səni axtarıram” proqramına görüntülü bağlanaraq Azərbaycanda tətbiq olunan karantin rejimindən danışıb:

“Bizim məqsədimiz odur ki, evdə oturaraq bunun yayılmasının qarşısını alaq. Əksəriyyət qulaqardına vurur, belə olmaz”.

R. Balayev daha sonra xanımı barədə gülüşə səbəb olacaq açıqlama da verib:

“Xanımla da ayrılmışıq. O, o biri otaqdadır, mən bu biri (gülür). O gün xanıma deyirəm ki, gəl “hindiyski” görüşək. Ağıllı millətdir, əvvəldən bilirmişlər koronavirus olacaq, uzaqdan görüşürlər. Biz isə qucaqlaşırıq, öpüşürük”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90