“Xankəndi, Ağdərə, Xocalıda, eləcə də Xocavənddə silahlı dəstələr tərksilah olunacaqlar” – Deputat

“Xankəndi, Ağdərə, Xocalıda, eləcə də Xocavənddə silahlı dəstələr tərksilah olunacaqlar” – Deputatbackend

Fransa Senatının qərarı heç bir reallıq yarada, president ola bilməz. Mümkündür ki, Belçika parlamenti də hansısa addım atsın və ya fransızdilli ölkələr də bu barədə düşünsünlər. Amma cənab prezident bu yaxınlarda Hollandiya səfirinə öz etirazını ifadə etdi. Ehtimal edirəm ki, ən pis halda bir və ya iki parlament belə qərar qəbul edə bilər, amma həmin ölkələrin hökumətlərinin bu qətnamələrə söykənərək Azərbaycanla əlaqələrində problem yaradacaqları istisna təşkil edir.

 

Bu fikirləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

 

Deputat xatırladıb ki, hər bir dövlətin Azərbaycanla uzunmüddətdir davam edən iqtisadi-ticarət əlaqələri var: “Onlar buna zərbə vurmaq kimi addım atmağı gözə ala bilməz. Bəli, ehtimal edirəm ki, 2-3 parlament bunu edə bilər. Amma bu o demək deyil ki, həmin siyasətçilər vəziyyətlə tanış deyillər. Onlar çox gözəl bilirlər ki, Dağlıq Qarabağ daxil ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir. Bunu BMT təsdiq edib. Eyni zamanda Azərbaycanın geniş əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, senatorlar, konqresmenlər, deputatlar, politoloqlar və mütəxəssislər də bilir. Çünki uzun illərdir ki, Azərbaycan bu istiqamətdə iş aparıb. Yəni dünyaya biz həqiqətləri təqdim etmişik.

 

Odur ki, həqiqətlərin əleyhinə gedənlərin həqiqəti bilmədiklərindən belə addım atdıqları haqda fikirlərlə razı deyiləm. Onlar sadəcə beynəlxalq hüququ tapdayır, ona əhəmiyyət vermirlər. Bu baxımdan Senatın qərarı qərəzlidir. Ola bilsin ki, Fransa Suriya, Liviya, Aralıq dənizinin şərqində Türkiyəyə uduzduğunu həzm edə bilmir.

 

Odur ki, Türkiyə ilə yanaşı dünya erməniliyini diz üstə çökdürən Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Buna görə də, hikkə, kin, nifrət, qısqanclıq və paxıllıq onları belə hüquq yükü olmayan qətnamələr qəbul etməyə sövq edir. Amma qatar artıq gedib. Azərbaycan Ordusu öz sözünü deyib, işğal olunan torpaqlar azad edilib. Qətiyyən şübhə etmirəm ki, Xankəndi, Ağdərə, Xocalıda, eləcə də Xocavənddə silahlı dəstələr tərksilah olunacaqlar. Bu, sülhməramlı qüvvələrin qarşısında duran əsas vəzifədir. Orada ancaq dinc insanlar yaşamalıdır”.Teleqraf

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90