Xankəndidən çıxmayan erməni ailəsi Bako Saakyanın evinə yerləşib

image-1707198335_image_750x_65c1277b01b75backend

Xəbər verdiyimiz kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları ötən həftə Qarabağ İqtisadi Zonasında yaşayan erməni əsilli sakinləri ziyarət ediblər.

Busaat.az xəbər verir ki, ziyarətin əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub.

Qarabağı tərk etməyib Xankəndidə qalan erməni sakinlərdən biri də Sarkis Qalstyandır. O, Xankəndidə həyat yoldaşı ilə yaşayır.

Modern.az-ın məlumatına görə, Ermənistanın “Hraparak” nəşri yazır ki, Sarkis Qalstyan və həyat yoldaşı əvvəllər yaxın münasibətdə olduqları Bako Saakyanın – qondarma “artsaxın keçmiş prezidenti”nin evində yaşayır.

Bəzi ermənilərin isə Rusiya sülhməramlıları tərəfindən Qarabağdan köçmüş məşhur iş adamı Tsexavik Edonun nəhəng evinə yerləşdirildiyi bildirilir. Məlumata görə, Tsexavik Edo Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” Samvel Babayanın yaxın dostlarından biri olub və Xankəndidə yanacaqdoldurma məntəqələri işlədib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90