Xatirə ərini  “Məşədi İbad”a bənzədənlərə sərt cavab verdibackend

Müğənni Xatirə İslam instaqramda həyat yoldaşı Fəxrəddin Musazadənin də yer aldığı daha bir video paylaşıb.

Busaat.az  xəbər verir ki, sənətçi İstanbulda olarkən F. Musazadənin görüntüsünü paylaşaraq “sizin də ən yaxın dostunuz telefondur?” şərhini verib. Daha sonra instaqram istifadəçiləri X. İslamın həyat yoldaşını “O olmasın, bu olsun” komediyasındakı “Məşədi İbad” obrazına bənzədiblər.Buna qıcıqlanan ifaçı tənqidlərə rəy bölməsində cavab verib: “Təki evimizdə, ailəmizdəki kişilər Məşədi İbada oxşasın, üzdən iraqlara yox. Allah göstərməsin. Gedin bir ailənizə, qardaşınıza, ərinizə baxın! Mənim evimdə var, əsas sənin nəslində olmasa da olar”.