Xəzər fəlakət qarşısında: Bu çayın dənizə tökülməsinin qarşısı alınacaq – FOTO

Xəzər fəlakət qarşısında: Bu çayın dənizə tökülməsinin qarşısı alınacaq – FOTObackend

“Tədqiqatlar göstərir ki, Xəzər dənizinə Səfidrud çayı vasitəsilə 30 milyon ton çöküntü daxil olur, yəni Xəzərin çöküntü mənbəyinin 40 faizdən çoxu çay vasitəsilə verilir. Belə gedərsə, yaxın beş il ərzində Səfidrud çayının deltası bağlana bilər, bu isə fəlakət deməkdir”.

Bunu İRNA-ya açıqlamasında İranın Xəzər dənizinin sahilyanı ərazilərin ətraf mühitinə təsiri üzrə beynəlxalq layihənin icraçısı Humayun Xoşrəvan deyib.

O bildirib ki, Səfidrud İranın ikinci ən böyük çayıdır və qədim adı Amard olub.

Səfidrud çayına axın boyu Abrud, Siah Rudbar, Tayson və Şelli çayları qoşulur ki, yekunda hamısı Xəzər dənizinə tökülür.

Bu vəziyyətdə çayla Xəzər dənizi arasındakı su mübadiləsi pozulacaq, nəticədə, çay yatağı boyunca şişəcək və böyük bir daşqın yaradacaq, şərqdən Kiaşar şəhərini, qərbdə isə Zibakənarın gözəl mənzərəli ərazilərini basacaq. Sel kənd təsərrüfatı torpaqlarına və yaşayış məskənlərinə böyük ziyan vuracaq”, – deyə Humayun Xoşrəvan bildirib.

“Bu ərazilərdə istifadə olunan torpaqların çoxu kənd təsərrüfatı üçün münbit torpaqlardır və əkin sahələridir. Yəni çay daşsa və qonşu əraziləri su bassa, ölkənin əhəmiyyətli hissəsinə ciddi ziyan vura bilər. Çünki qida təhlükəsizliyimizdə böyük rol oynayır. Buna görə bu mövzuda ən qısa müddətdə hərəkət etməliyik və Səfidrud çayı deltasındakı çökmə problemini aradan qaldırmalıyıq”, – o əlavə edib.

Qeyd edək ki, bu çay başlanğıcını Bicarın Qırxbulaq adlı dağlarından götürür. Məncilə qədər çay Qızılözən, Məncildən Xəzərə qədər isə farsca Səfidrud adlanır.

Aşağı hissəsində çay sıldırımlı dar dağ qobularından keçdiyinə görə sürətlə axır. Məncildən sonra Qızılözən dağ silsiləsini çərtərək və dənizqırağı düzənliyə çıxaraq, suvarma kanalların başlanğıc götürdüyü və çoxsaylı qolları olan mənsəb yaradır.

Uzunluğuna görə İranın ikinci çayı olan Səfidrud, əsasən, Cənubi Azərbaycan ərazisindən axır. Çayın ən böyük qolu Gilan ostanının mərkəzi şəhəri olan Rəşt şəhərindən keçərək, dənizə tökülür. Çay lil kütləsi gətirdiyinə görə mənsəbi getdikcə dənizə tərəf genişlənir. Mənsəbin sahəsi 3600 kv.km, eni 110 km-dir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90