Xudafərin körpüsünün azad olunmasının 2-ci ildönümüdür

image-4617254backend

Bu gün – 18 Oktyabr Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür.

Busaat.az xəbər verir ki, 2020-ci ilin 18 Oktyabr tarixində Xudafərin körpüsü ilə yanaşı Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi – Hacılı və Hacı İsaqlı kəndləri işğaldan azad olunub.

Qədim tarixə malik Xudafərin körpüsü Azərbaycan-İran sərhədində, Araz çayı üzərində yerləşir. Hazırda üç orta tağı salamat qalıb.

Qeyd edək ki, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki