Xüsusi karantin qaydalarını pozan sürücü həbs edildi – FOTO

Xüsusi karantin qaydalarını pozan sürücü həbs edildi – FOTObackend
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin qaydalarına əməl etmədiyi üçün “Mersedes” markalı avtomobilin sürücüsünə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən “saxla” əmri verilib. Amma sürücü polislərin qanuni tələbinə əməl etməyərək qaçmağa cəhd göstərib.
Ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin sürücü, Bakı şəhərində yaşayan Əli Zeynallının saxlanılması qısa zamanda təmin edilib.
O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90