Yaponiya Azərbaycana 40 milyon dollar ayırır – SƏBƏB

Yaponiya Azərbaycana 40 milyon dollar ayırır – SƏBƏBbackend

Yaponiya Azərbaycanda tütünçülük sahəsinə 40 milyon dollar investisiya yerləşdirməyi planlaşdırır.

Busaat.az xəbər verir ki bunu Yaponiyanın Beynəlxalq İnkişaf Şirkətinin vitse-prezidenti Muneçika Tanio deyib.

O bildirib ki, yaponiyalı investorlar Azərbaycanda ötən ildən fəaliyyətə başlayıb: “İlkin investisiyalar məhz tütünçülük sahəsinə qoyulub. Bu sahəyə Yaponiya 40 milyon dollar vəsait yerləşdirməyi planlaşdırır”.

M.Tanio əlavə edib ki, gələn ay ərzində Azərbaycana 100-dək yaponiyalı investorun səfəri gözlənilir: “Bu səfərlər çərçivəsində investorlar ölkənin müəyyən regionlarına səfər edəcək və investisiyalar üçün mənfəətli sektorlar barədə ətraflı məlumat əldə edəcəklər”. / “Trend”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90