”Yarana biləcək hər hansı  instidentin məsuliyyəti aksiyanın təşkilatçılarının üzərinə düşəcək” – DİN-dən XƏBƏRDARLIQ

image-dinbackend

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlara münasibət bildirib.

Busaat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar:

“Dekabrın 1-də olduğu kimi, bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcək.

Bu zaman yarana biləcək hər hansı  instidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki