Yarım milyon xarici vətəndaş ölkədən çıxarılacaq

Yarım milyon xarici vətəndaş ölkədən çıxarılacaqbackend

Küveytdəki yarım milyondan çox xarici işçi qüvvəsi ölkədən çıxarılacaq.

Busaat.az xəbər verir ki, bu barədə hökumət qərar qəbul edib.

Qərara səbəb işçi bazarındakı balanssızlıq və demoqrafik quruluş üzərindəki təsirləridir.

Ölkənin İqtisadiyyat naziri Məryəm əl-Əkil parlamentin İnsan Resurslarının İnkişafı Komitəsində məsələ ilə bağlı çıxışında planın uzun, orta və qısamüddətli həll yollarııə ehtiva etdiyini deyib.

Qısamüddətli mərhələdə ölkədə yaşayan 360 min xarici vətəndaşın deportasiyası nəzərdə tutulub. Onlardan 120 min nəfəri qanunsuz, 150 min nəfəri 60 yaşdan yuxarı xroniki xəstə, 90 mini isə təhsilsiz və bacarıqsız şəxslərdir.

Nazir bildirib ki, dövlət sektorlarına xarici axının azaldılması hədəflənib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90