“YAŞAT” Fondu daha bir şəhid övladı üçün hesab açdı – FOTO

image-yasatbackend

“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.

“Oxu.Az”-ın Fonddan əldə etdiyi məlumata görə, şəhidimiz Əlimərdan Quluzadənin övladı Fatimənin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

Bu məqsədlə 1 000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5 000 AZN-lik hesab açılacaq.

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

image-158384896_150584883584194_8355312443613819325_o image-157555063_150584850250864_498263623497707449_o image-158375385_150584826917533_5006214310821973741_o

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90