image-banner994x100

Yaşayış yerini tərk edən koronavirus xəstələrinin evinə həkim briqadası göndəriləcək

Yaşayış yerini tərk edən koronavirus xəstələrinin evinə həkim briqadası göndəriləcəkbackend

Ev şəraitində müalicə edilən COVİD-19 xəstələrinin telefonla evdə olduğu müəyyən edilmədikdə həmin xəstənin evinə həkim briqadası göndəriləcək.

Bunu Trend-ə COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, evdə müalicə edilən və müşahidə altında olan xəstələr mobil və ev telefonu olmalıdır: “Ev telefonunun olması mütləq deyil. Amma mobil telefon vacibdir. Çünki pasiyent mobil telefonunda “e-Təbib” əlavəsini yükləməlidir”.

N.Seyidov qeyd edib ki, evdə müalicə olunan xəstələrlə bir necə saatdan bir mobil telefon vasitəsilə avtomatlaşdırılmış qaydada əlaqə saxlanılır:

“Bununla həm də həmin şəxsin evdə olmasına əminlik yaranır. Xəstənin evdə olub-olmadığı müəyyənləşdirilmədikdə pasiyentin evinə əraziyə baxan poliklinika tərəfindən müvafiq briqada göndəriləcək. Əgər pasiyent evdə olmazsa, ona birinci dəfə xəbərdarlıq ediləcək. Amma bu hal təkrar baş verərsə, həmin şəxs mütləq qaydada stasionar müəssisəsədə müalicə almaq üçün ambulans tərəfindən xəstəxanaya göndəriləcək. Vətəndaşlar məsuliyyətli olmalıdırlar. Əks halda, onlar etibarsız pasiyent sayılayaraq, stasionar şəraitdə müşahidə altında qalmalı olacaqlar”.

Pasiyentin evdə olub-olmadığının mobil telefonla necə yoxlanıldığına gəldikdə, N.Seyidov qeyd edib ki, bunun üçün xəstə ilə videogörüntünün yaradılması mütləq deyil:

“Burada əsas məsələ vətəndaşın özünün məsuliyyətindən asılıdır. Digər tərəfdən, hazırda onsuz da hamı küçəyə çıxmaq üçün 2 saatlıq icazə alır. COVİD-19 xəstələrinə isə icazə verilmir. Həmin pasiyentlər küçəyə heç 2 saatlıq da çıxa bilməzlər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90