Yaxın günlərdə bu məmurlar sərt cəzalandıralacaq – Həbslər gözlənilirbackend

“Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin dövlət Proqramlarının icrası zamanı büdcədən aldıqları vəsaitlər ciddi təftiş olunacaq, qurumların fəaliyyəti yoxlanılacaq və sərt cəzalandırmalar olacaq.

Busaat.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, əsasən son dövrlər bu qrumlar tərəfindən hökumətə Dövlət İnvestisiya Proqramından müxtəlif məqsədlər üçün vəsaitlərin ayrılması ilə bağlı təqdim olunan infrastruktur və digər layihələrin heç bir əsaslandırılması olmayıb.

Mənbənin bildirdiyinə görə, əsas məqsədin dövlət vəsaitinin mınimsənilməsi olan bu addımlar aidiyyatı üzrə araşdırılacaq və sərt cəza tədbirləri həyata keçiriləcək. Buna əsas səbəblərdən biri idə iri həcimli investisiya layihələrinin səmərəsiz olması və böyük ehtimalnan dövlət vəsaitinin mənimsənilməsi və aidiyyatı üzrə istifadə olunmamasıdır. 

Heç bir texniki iqtisadi əsaslandırılması olmadan “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-dən büdcədən maliyyə ayrılması ilə bağlı daxil olan müraciətlər mütəşəkkil şəkildə araşdırılacaq.

Eyni zamanda bu iki qrum tərəfindən heç bir dəyərləndirmə və əsaslandırması olmadan maliyyə ayrılmaları ilə bağlı müraciətlərini müsbət qarşılayan qurumların da fəaliyyəti ciddi yoxlanılacaq.

Bu günə qədər “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin dövlət vəsaiti hesabına keçirdiyi layihələr bir çox hallarda səmərəsiz olub və bu məsələ artıq ölkə başçısının diqqətindədir.

Xatırladaq ki, Bakı, Gəncə və bir sıra iri şəhərlərin içməli su və kanalizasiya sistemi keçmiş SSRİ dönəmində çəkilmiş sistemdir. Sonradan müxtəlif yerlərdə aparılan bəzi infrastruktur işlər isə insanların içməli suya olan ehtiyacını nəinki ödəməyib, hətta bəzi iri yaşayış məntəqələrində əhalinin susuz qoyub. Belə ki, Gəncə və Sumqayıtda gün ərzində əhaliyə 2 saat səhər, 3 saat axşam olmaqla 5 saat içməli su verlir. Bir sıra yaşayış məntəqələrində isə çirkab suların xətlərinə, kanalizasiya xidmətinə görə ödəniş alınsa da bu istiqamətdə heç bir xidmət göstərilmir.