Yaxın Şərqdən olan terrorçular Qarabağda Ermənistan tərəfdən döyüşür – FOTO/VİDEO

Yaxın Şərqdən olan terrorçular Qarabağda Ermənistan tərəfdən döyüşür – FOTO/VİDEObackend

Ermənistan hakimiyyəti ən yüksək səviyyədə dünya ictimaiyyətinə Yaxın Şərqdən olan terrorçuların guya hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycana gətirildiyi barədə saxta məlumatlar təqdim edir.

Ermənistanın Baş naziri sentyabrın 29-da “Rusiya-1” telekanalında efirə gedən “60 dəqiqə” verilişində növbəti yalanını səsləndirdi:

“Məlumat var ki, Azərbaycanın yaşayış məntəqələrində yerli sakinlərlə muzdlular arasında toqquşmalar baş verir. Muzdlular bu kəndlərdə şəriət qanunlarını tətbiq etməyə çalışırlar. Onlar dükanlara girib spirtli içkilərin satışının dayandırılmasını tələb edirlər”.

Aydındır ki, Paşinyan bu sözləri ilə dünya ictimaiyyətinə, xüsusən də xristian kəsiminə bəzi mesajları verməyə çalışır.

Avropa insanı yaxın keçmişdə İŞİD, “Ən-Nusra Cəbhəsi” və digər terrorçu qrupların İraq və Suriyadakı vəhşiliklərinə şahidlik edib.

Bununla da N.Paşinyan xüsusən Avropadakı ekspertlərin diqqətini ermənilərin guya terror təhlükəsi ilə üz-üzə olmasına və beynəlxalq ictimaiyyətin Qarabağda hərbi əməliyyatların dayandırılması üçün müdaxilə mexanizmini işə salmasına çalışır.

Bundan əlavə, sayı 1 500 ilə 4 000 arasında dəyişən silahlıların Azərbaycana yerləşdirilməsi barədə saxta məlumatlar ortaya çıxıb.

Lakin nə N.Paşinyanın, nə də digər Ermənistan rəsmilərinin guya Azərbaycan tərəfində hərbi əməliyyatlarda iştirak edən terror qruplaşmasının olması barədə iddiaları heç bir faktla təsdiq edilməyib.

Razılaşın ki, bu cür silahlıları hər hansı bir yerə, xüsusən qlobal və regional qüvvələrin ciddi nəzarətində olan Cənubi Qafqaza gizli şəkildə köçürmək mümkün deyil.

Üstəlik, belə bir kampaniyanın təşkil edilməsi üçün onlarla aviareys təşkil edilməlidir.

Bu səbəbdən, N.Paşinyan və Ermənistanın digər aparıcı rəsmilərinin açıqlamaları, habelə mətbuata buraxılan bu mövzular spekulyasiyadan başqa bir şey deyil.

Ermənistanın muzdlulardan istifadə etməsinə gəlincə, artıq sosial mediada Yaxın Şərqdən olan erməni mənşəli terrorçuların hərbi əməliyyatlarda iştirak etməsi faktları var.

In this viral video, an Armenian Lebanese says he is fighting against Azerbaijan.

If verified, first proof that foreign fighters from the Middle East indeed fight for Armenia, as Azerbaijan has claimed pic.twitter.com/xjxQSCacNw

— Ragıp Soylu (@ragipsoylu) September 29, 2020

Bu kadrlar isə isbat edir ki, Livan və Suriya ermənilərinin Dağlıq Qarabağ ərazisinə köçürülməsi rəsmi İrəvanın humanitar fəaliyyəti ilə bağlı deyil. Bu, xarici güclərin, daha dəqiq desək, terrorçuların münaqişəyə cəlb edilməsidir.

Bu amil də İrəvanın əlində oynayır. Birincisi, məhv ediləcək bu kontingent Ermənistanın itkilərinin statistikasında əksini tapmayacaq. Bunlar bir növ “ölü canlar”dır.

İkincisi, N.Paşinyan hökuməti Azərbaycan tərəfinin məhv etdiyi terrorçunu asanlıqla Azərbaycan tərəfindən vurulmuş muzdlu kimi təqdim edə bilər.(oxu.az)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90