Yayda koronavirusdan necə qorunmalı – HƏKİM RƏYİbackend

Quru tənəffüs yolları ( ağız, boğaz, bronxlar) koronavirus üçün açıq qapı kimidir.

Bunun qarşısını almaq üçün otağınızın temperaturu 20 dərəcəni keçməsin ki, tənəffüs yollarınız qurumasın, nəm qalsın. Otaq havasının nəm saxlanılması üçün bütün otaqlarda, xüsusən də yataq otağında, yastığınıza yaxın yerdə ağzı geniş qablarda su quyun. Otağın nəmliliyi 50-55 olmalıdır. Bu sizlərdə faringit, laringit, bronxit və s. xəstəliklər üçün də profilaktik tədbir olar. Qoyduğunuz sulara bir çimdik duz atmağınız da məsləhətdir.

Əlavə artıq təcrübədən uğurla çıxmış bir neçə məsləhət:

– Çöldən evə qayıdan kimi ağzınızı, boğazınızı və burnunuzu duzlu su ilə mütləq yaxalayın. Virusa qarşı çox effektlidir. Bir stəkan azacıq isti suya yarım çay qaşığı xörək duzu. Bu gün virusa qarşı yeganə və ən güclü silahımız İMMUNİTETİMİZDİR! Onu zəiflətməməli, imkan olduqca gücləndirməliyik. Bunun üçün:

1) Bu gün hamı evdə olduğundan çoxlarının yuxu rejimi pozulub. Yuxu isə immunitetimiz üçün çox vacibdir.

2) Stress orqanizmdə kortikosteroidlərin miqdarını artırır və onlar da immuniteti zəiflədir.
Əksinə yaxşı əhval- ruhiyyə qanda endorfinin və o təsirdə olan maddələrin miqdarını artırır ki, onlar da immuniteti kəskin gücləndirir.
Bunun üçün ilk olaraq özünüz bədbinlik yayan stansiya olmayın. Hər şey yaxşı olacaq. Sizə xoş olan insanlarla ünsiyyətdə olun, həmçinin virtual məkanlarda. Sevdiyiniz musiqiyə qulaq asın.
Mazoxist dostlarınızın bədbin yazılarını, şeirlərini oxumayın. Onlar öz mazoxistliklərindən ləzzət alırlar, əziyyət çəkən isə biz oluruq. Lətifə oxuyun, danışın.
Sevinməyə mütləq səbəb tapın.

Hümbət Həsənoğlu (həkim-yazar)