Yeni icra başçıları kollektivlərinə təqdim olundu

image-sonbackend

Prezidentin sərəncamları ilə yeni vəzifələrinə təyin olunan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Adil oğlu Cəbrayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Şirin oğlu Həbibullayev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimov Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivlərə təqdim olunub.

Busaat.az xəbər verir ki, təqdimatlarda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Hər üç icra başçısı onlara göstərilən etimada görə minnətdarlıqlarını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90