Yeni Laçın dəhlizinin xərcini hansı dövlət çəkəcək? – Açıqlama

Yeni Laçın dəhlizinin xərcini hansı dövlət çəkəcək? – Açıqlamabackend

“Nəzərdə tutulacaq yeni dəhliz yolunu Azərbaycan çəkməlidir. Bütün xərci Azərbaycan ödəməlidir”.

Busaat.az xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Laçın istiqamətindən Xankəndini Ermənistanla birləşdirən yeni dəhlizin tikintisinin hansı dövlət tərəfindən həyata keçiriləcəyinə aydınlıq gətirərkən politoloq Araz Aslanlı deyib:

“Əvvəllər bu yola keçmiş DQMV və qondarma “Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan arasında olan əlaqə kimi baxırdılar. İndi isə nə DQMV, nə də qondarma rejim yoxdur. Ona görə indi bu dəhliz Xankəndilə Ermənistan-Azərbaycan sərhədini birləşdirən yoldur. Bu yol Azərbaycanın ərazisindən keçir, gələcəkdə də bu belə olacaq.

Sadəcə indilik bu yoldan istifadə texniki mənada ermənilər üçün nəzərdə tutulub. Sabah bu yoldan azərbaycanlılar, başqaları da istifadə edə bilər. Regionun gələcəyinin necə olacağını bilmirik. Məsləhət olmasa, sərhədlər də bağlana bilər, bunu da bilmirik. Amma bura Azərbaycan ərazisidir. Laçından Dağlıq Qarabağa gedən yoldur”.

Politoloq bildirdi ki, sözügedən istiqamətdə geniş yol çəkməyə də ehtiyac yoxdur:

“Laçının mərkəzindən keçən həmin dəhlizin keçdiyi istiqamətin dəyişdirilməsi ilə nəzərdə tutulacaq yeni yolu da Azərbaycan çəkməlidir.Bütün xərci Azərbaycan ödəməlidir.Sülhməramlılar müəyyən dövr üçün simvolik olaraq burada qala blər. Fikrimcə, həmin yolda sülhməramlıların olması ilə bərabar Azərbaycana da nəzarət etmək imkanı verilməlidir. Bu ərazidə Azərbaycan da təmsil olunmalıdır”.

Bununla belə, A. Aslanlı qeyd etdi ki, sülhdən sonra həmin quruculuq işlərinə tək Azərbaycan deyil, hamı töhfə verməlidir: “Madrid prinsiplərində qeyd olunan müddəaya görə, Avropa İttifaqı, digər beynəlxalq təşkilatlar quruculuq işləri prosesinə dəstək verməli, maliyyələşdirməlidirlər. Axı, Azərbaycan iqtisadi cəhətdən qüdrətli olsa da müharibədən çıxıb

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90