“Yenidən delimitasiya ilə bağlı Türkiyə ilə sazişimiz olmayıb” – Ermənistan XİN

image-delimitasiyabackend

“Ermənistan və Türkiyə arasında heç bir delimitasiya sazişi olmayıb”.

Busaat.az xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan sosial şəbəkə hesabında yazıb.

“Media sorğularına cavab olaraq bildiririk ki, Ermənistan və Türkiyə arasında yenidən delimitasiya ilə bağlı heç bir müzakirə və ya razılaşma yoxdur. Gündəlikdə belə bir məsələ yoxdur”, – Hunanyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin növbəti görüşündə qarşıdakı dövrdə atılacaq müxtəlif addımların müzakirə olunacağını bildirmişdi. O, sərhədin yenidən müəyyənləşdirilməsi ilə bağlı razılaşmanın olduğunu da qeyd etmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90