Ağdaşda 10 gün əvvəl yeniyetmə oğlu tərəfindən bıçaqlanan 42 yaşlı qadın vəfat edib.
Busaat.az xəbər verir ki, ağır vəziyyətdə Bakıda xəstəxanaya yerləşdirilən S.H-nin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır. Yeniyetmə istintaqa cəlb edilib.