Yerevanda polislə toqquşmalardan sonra yaralananlar var – Yenilənib+Video

Yerevanda polislə toqquşmalardan sonra yaralananlar var – Yenilənib+Videobackend

Yerevanın mərkəzində baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar və polis arasında yenidən qarşıdurma yaşanıb.

Busaat.az “İnterfaks”a istinadən xəbər verir ki, polis Yerevanın Opera Teatrının yaxınlığında Fransa Meydanında mitinq keçirilməsinə icazə verməyib, bir çox insan polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, noyabrın 10-na keçən gecə Ermənistan baş naziri, Rusiya və Azərbaycan Prezidentlərinin atəşkəs və sülhməramlıların Dağlıq Qarabağa köçürülməsi, eləcə də işğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsinə dair bəyanat imzalamasından sonra Yerevanda kütləvi etirazlar başlayıb.

***

Yerevanda aksiya zamanı yaralananlar var. Belə ki, etiraz mitinqi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri aksiya iştirakçısı, digəri isə 1997-ci il təvəllüdlü polis əməkdaşıdır. Etirazçının ağır kəllə-beyin travması aldığı bildirilir. Bundan başqa, Paşinyanın istefasını tələb edən 40 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90