“Yığışdırın efirdən bu kimi zibilləri!” – Murad Dadaşova SƏRT MÜRACİƏT – VİDEO

“Yığışdırın efirdən bu kimi zibilləri!” – Murad Dadaşova SƏRT MÜRACİƏT – VİDEObackend

Tanınmış ictimai fəal Elçin Əfəndi özünün facebook səhifəsində canlı bağlantı yaradaraq, “Xəzər” TV-ni və onun rəhbəri Murad Dadaşovu sərt tənqid edib.

Busaat.az Elçin Əfəndinin tənqidi çağırışını olduğu kimi təqdim edir:

“Camaat, bundan danışın, belə yaramazlıqlardan. Fikir verin, efirə çıxır “vor” stilində, lotu stilində, yaramaz bir tipdə. Hara baxır bu kanalın rəhbərliyi? Qadın xeylağı, əlində təsbeh… Bunun oturuşuna bir bax… Mənim evdə buna 3-4 yaşlı övladım baxır. Bu nə vid-fasondu efirdən nümayiş etdirirsən? Bu nə geyimdir, bu nə hərəkətdir? Belələrini qınaq edin, belə şeylərin üzərinə gedin. “Xəzər” Televiziyasının rəhbərliyi, Murad bəy, hara baxırsınız? Yığışdırın efirdən bu kimi zibilləri. Bunların bir sahibi yoxdur ki, desin, bu, qadın oturuşu, hərəkəti deyil.

Bundansa 3-4 şəhid ailəsini çağırın efirə, yaralını çağırıb təqdim edin. Əhalinin vətənpərvərlik ruhunu yüksəldin. Yoxsa ki, bu düşükləri buraxmısan efirə”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90