“Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, dövlətimizin başçısı İlham Əliyev tədbirdə çıxış edib:
- BMT-nin Məskunlaşma Proqramının hörmətli icraçı direktoru.Hörmətli qonaqlar, xanımlar və cənablar.Zəngilana xoş gəlmisiniz. Sizi burada – Azərbaycanın qədim bölgəsində, Şərqi Zəngəzurda salamlayıram. Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir.
Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb.Zəngilan beynəlxalq tədbirə ev sahibliyi edir. Yenidən inşa edilmiş Konqres Mərkəzi açılıb. Təkcə bu bina deyil, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. İlk “ağıllı kənd” Zəngilan rayonunun Ağalı kəndində yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edilir , çünki onun coğrafi mövqeyi bunu labüd edir. Vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq. Çünki Zəngilan Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.
Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır.
Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq”.
Talıblı Nurcan Talıb qızı, Bakı Qızlar Universiteti