“Zirə”nin futbolçusu şəhid qardaşının adını formasında daşıyacaq

“Zirə”nin futbolçusu şəhid qardaşının adını formasında daşıyacaqbackend

“Zirə” klubunun əsas heyətinə cəlb olunan Tamerlan Burcəliyev bir müddət öncə Vətən müharibəsində şəhid olan qardaşının da adını kürəyində daşıyacaq.

Busaat.az  xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Qurum rəsmisi bildirib ki, onlara edilən bu təklifə dərhal müsbət cavab veriblər.

Qeyd edək ki, İlqar Burcəliyev oktyabrın əvvəlində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, “Zirə”nin 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyub.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90