Ziya Məmmədovun sözçüsünə AzTV-də vəzifə verildi

Ziya Məmmədovun sözçüsünə AzTV-də vəzifə verildibackend

Jurnalist Namiq Həsənov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsinə yeni təyin olunub.

Bu barədə APA-ya jurnalist özü məlumat verib.

O, təyinatın 15 gün əvvəl baş tutduğunu bildirib: “Bu təyinat indi olmayıb, 15 gün əvvəl olub. Sadəcə, mətbuata indi məlum olub”.

Qeyd edək ki, Namiq Həsənov uzun illər sabiq Nəqliyyat naziri Ziya Məmmədovun mətbuat katibi olub.
Teleqraf. com-a daxil olan məlumata görə isə Nərgiz Rəfiyeva Az.TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.
Nərgiz Rəfiyeva vaxtilə “Yeni Həyat” şirkətlər qrupunun PR və marketinq şöbəsinin direktoru, Park Cinemanın PR-meneceri vəzifələrində çalışıb.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90