“Zombi gəlin” ləqəbi ilə tanınan İran fenomeni koronavirusa yoluxubbackend

Keçən il İranda “zombi gəlin” və “Angelina Jolie”yə oxşamaq istəyərkən zombi olan qadın” ləqəbləri ilə məşhurlaşan Fatemeh Khisvandın koronavirus testlərinin müsbət olduğu açıqlanıb. Sosial mediada Sahar Tabar kimi tanınan gənc qadının paylaşdığı fotolar səbəbiylə tutulduğu həbsxanada, virusa yoluxduğu məlum olub.

ABŞ-da yerləşən İnsan Hüquqları Mərkəzi adlı firma adından açıqlama verən vəkil Payam Derafshan, “Bu gənc qadının cəzasının uzadılmasının və həbsxanadan çıxaraq müalicə olunmasının qarşısının alınmasını qəbul etmirik” deyib. Həbsxana rəhbərliyinin bu iddianı rədd etdiyini deyən Derafshan, “Həbsxanadan aldığım bir çox mənbədən mənə bildirdilər ki, orada COVID-19 xəstəsi çoxdur. Səlahiyyətlilərə müraciətimiz xəstələrin həbsxanadan çıxarılması yönündədir”.