“The Heritage Foundation” nəzdində Ellison Xarici Siyasət Araşdırma Mərkəzinin direktoru Lük Koffi Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə apardığı əks-hücum əməliyyatları ilə bağlı fikirlərini bölüşüb.
Busaat.az xəbər verir ki, bununla bağlı “Twitter” hesabında paylaşım edib.
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir. Laçın 1992-ci ilin mayından bəri erməni işğalı altındadır. Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirən əsas yol oradan keçir.
Doğrudursa, müharibə yeni mərhələyə qədəm qoyub”. //Oxu.az