Gürcüstanda keçiriləcək parlament seçkilərinə majoritar namizəd Zaur Darğallının görüşləri davam edir. Hər sahədən olan vətəndaşlarla görüş keçirən namizəd bu dəfə təhsil işçilərilə görüşdü. Təhsil sahəsində aparılan işlər haqqında geniş məlumat verən namizəd regionda yeni təhsil müəssisələrinin açılması haqqında məlumat verdi. „Tematik görüşlər çərçivəsində, təhsil sahəsinin nümayəndələri ilə görüşdük. Seçki proqramının təqdimatını, bu dəfə məktəb müəllimləri və bağça nümayəndələri ilə keçirdik. Munisipalitet miqyasında, təhsil sahəsinin inkişafı üçün təqdim olunan və hazırki mərhələdə davam edən zəruri layihə və proqramları dialoq şəklində nəzərdən keçirdik. Qeyd edək ki, Munisipal İnkişaf Fondunun maliyyəsi ilə, Marneulidə 8 yeni ictimai məktəbin inşası, 3-ün isə tam bərpası həyata keçirilir. Növbəti illərdə, həmçinin 7 yeni uşaq bağçasının tikintisi, mövcud bağçaların isə əsaslı bərpası planlaşdırılır“ – Zaur Darğallı