AMEA-nın Yüksək Texnologiyalar Parkından Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

AMEA-nın Yüksək Texnologiyalar Parkından Silahlı Qüvvələrə Yardım Fonduna  dəstəkbackend

AMEA-nın elmi müəssisələrinin əməkdaşları könüllü olaraq Azərbaycan ordusuna ianələr edir, eləcə də hər bir təşkilat müəyyən olunmuş qaydaları nəzərə alaraq əsgərlərimizə yardım göndərirlər.

Bunu Busaat.az-a AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi Nərgiz Qəhrəmanova deyib.

O, AMEA-nın əməkdaşları arasında da Orduya qatılanların oduğunu vurğulayıb:

“Erməni qəsbkarlarına qarşı mübarizə aparanlar sırasında AMEA-nın Yüksək Texnologiyalar Parkının bir neçə əməkdaşı da yer alıb.
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodu da Milli Ordumuza dəstək təşəbbüsünə qoşulub. Belə ki, zavod tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna, eləcə də Tərtər və Füzuli bölgələrində yerləşən tibb məntəqələrinə və hərbi hissələrə çoxlu sayda tibbi ləvazimatlardan ibarət yardım edilib. Buraya Ağ Naftalan yağı, “Naftaderm” şampunu və losyonu, eləcə də digər şəxsi gigiyenik vasitələr, müxtəlif növ ağrıkəsicilər, yaraların işlənilməsi üçün məhlullar, spirt tərkibli vasitələr, yara sarğıları və s. Daxildir”.

“Yüksək Texnologiyalar Parkının kollektivi Azərbaycan ordusuna həm maddi, həm də mənəvi cəhətdən əlindən gələni etməyə hər zaman hazır olduğunu bildirir. Əsgərlərimizə tez bir zamanda tam qələbə ilə vətənə, öz ailələrinə sağ-salamat dönməyi arzulayır.
Cənab Prezidentin dediyi kimi: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, – deyə qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki