Şimali Koreya kamikadze PUA-larını sınaqdan keçirib

image-vurucu-iha-kamikaze-iha-kaynak-telegram-2280212_1backend

Şimali Koreya lideri Kim Jongun rəhbərliyində kamikadze PUA-ları ilə sınaqlar keçirilib.

Busaat.az KCNA-ya istinadla xəbər verir ki, Pilotsuz Uçan Aparatlar Texnologiyası Kompleksinə bağlı institut və müəssisələr tərəfindən istehsal olunan kamikadze PUA-lar sınaqdan keçirilib.

Testlər zamanı müxtəlif məsafələrdə istifadə ediləcək fərqli tip PUA-ları müəyyən edilmiş marşrutlar boyunca uçduqdan sonra hədəfləri vurma qabiliyyətləri yoxlanılıb.

Testlərdə iştirak edən Kim Jong çıxışında bildirib ki, PUA-ların yenilikçi texnologiyalarla hərbi qabiliyyətlərin əsas vasitəsi kimi istifadə edilməsinə dair dünya üzrə rəqabəti sürətlə artır.

O, həmçinin, PUA-ların böyük və kiçik münaqişələrdə istifadəsinin hərbi baxımdan əsas bir tələbat halına gəldiyini vurğulayıb.

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki