Zərdabda 5 nəfərin yanaraq ölməsi ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Daha əvvəl xəbər verdiyimiz kimi, Zərdab-Ağcabədi avtomobil yolunda “KIA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
Avropa.info xəbər verir ki,Aparılan araşdırmalar nəticəsində qəza zamanı yanan avtomobildə həyatını itirən 5 nəfərin kimliyi dəqiqləşib.
Həlak Olan Şəxslərin Kimliyi:
Faciə nəqliyyat vasitəsinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədovun, həmçinin sərnişinlər – 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovanın həyatına son qoyub.
Polisin Müdaxiləsi: İddialara cavab
Qəzadan sonra sosial şəbəkələrdə Zərdab polisinin hadisə yerinə geç gəlməsi ilə bağlı yayılan iddiaların tamamilə əsassız olduğu ortaya çıxıb. Hadisə şahidlərinin bildirdiyinə görə, toqquşmanın ardından başlayan yanğın o qədər ani və şiddətli olub ki, avtomobildəki dünyasını dəyişən şəxslərin sağ xilas edilməsi praktiki olaraq mümkün olmayıb lakin rayon Post Patrul əməkdaşları dörd nəfərin cəsədinin tam yanmaması üçün cəld hərəkətlə avtomobildən cixarmişdilar. Sürücünun cəsədin isə avtomobildə sixilmiş vəziyyətdə qaldigi üçün çıxarmaq mümkün olmamisdir.
Yaxınlıqda olan insanlar bildiriblər ki, polis əməkdaşları əraziyə mümkün qədər tez çataraq əllərindən gələni etsələr də, qəza anında baş verən güclü alov nəticəsində 5 nəfərin həyatını xilas etmək imkansız olub. Lakin məhz polis əməkdaşları böyük fədakarlıq və şücaət göstərərək yanğından iki nəfəri – bir azyaşlını və bir gənci sağ xilas edə biliblər. Asayiş keçikçilərinin operativ müdaxiləsi sayəsində yaralılar dərhal xəstəxanaya çatdırılıb və həyatları xilas olunub.
Eyni zamanda ekspertlər vurğulayırlar ki, belə anidən alovlanmalarda xüsusi texnika olmadan alovun içine daxil olmaq mümkün deyil və bu cür ağır şəraitdə polis əməkdaşlarını qeyri-operativlikdə günahlandırmaq obyektivlikdən uzaq, faktlara söykənməyən mülahizədir. Hətta xüsusi texnikalar olsa belə, toqquşan və saniyələr içində alovlanan bir avtomobilin içindən insanları sağ çıxarmaq üçün hadisə yerinə zamanında çatmaq fiziki olaraq mümkün deyil. Polis əməkdaşları öz xidməti vəzifələrini tam vicdanla və operativ şəkildə yerinə yetiriblər, əllərindən gələn mümkün hər şeyi ediblər.

Bunula bağlı sosial şəbəkələrdə Zərdab sakinləri Avropa.info xəbər portalına müraciət edərək başda Zərdab rayon polis şöbəsinin rəisi Cənab Ramil Salayev olmaqla bütün Zərdab polis əməkdaşlarına göstərdikləri operativliyə görə Zərdab sakinlərin adından təşəkkürlərini çatdırmağı xahiş ediblər.
Avropa.info










