Rusiya prezidenti Vladimir Putini müşayiət edən kortejdə zenit topu olan pikapın peyda olması diqqət çəkib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Bu, Putinin Şərq İqtisadi Forumunda iştirak etmək üçün getdiyi Vladivostokda müşahidə edilib.
Dövlət Dumasına seçkilər yaxınlaşdıqca Putin Rusiya şəhərlərinə müntəzəm səfərlər etməyə başlayəb. 2025-ci ilin sonundan yayın əvvəlinə qədər o, Moskva, Sankt-Peterburq və Valdaydakı iqamətgahından başqa heç yerə səyahət etməmişdi.









