Avropada Qafqaz Albaniyasının tarixinə həsr olunmuş yeni bir kitab işıq üzü görüb

image-albanbackend
image-uzb_ads_desk

Azərbaycan ərazisində qədim dövlətlərdən biri olan Qafqaz Albaniyası (Aran) zəngin tarixi və mirası Avropa elmi və ictimai dairələrdə böyük maraq doğurur.

Bu unikal irsi avropalı oxucularla çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Albaniya Respublikasındaki səfirliyinin dəstəyi ilə ölkənin paytaxtı Tirana şəhərində “Qafqaz Albaniyasının qısa tarixi” adında kitab çap olunub.

Nəşr alban və ingilis dilində çıxıb.

Kitabın müəllifi Qafqaz tarixi mərkəzinin direktoru, UNESCO kafedrasının dosentı Rizvan Hüseynovdur.

Müəllifin sözlərinə görə nəşrdə Qafqaz Albaniyasının tarixinə aid olan ilk dəfə istifadə olunan qədim mənbələr və orta əsr Avropa alimlərinin araşdırmaları yer alıb. Kitabın sırf Albaniyada nəşr olunması böyük rəmzi məna daşıyır. Bu ölkəni Azərbaycan və Qafqaz Albaniyasının irsi və tarixi ilə çoxlu bağlantıları olub.

Kitabda Qafqaz Albaniyasının tarixi və mədəni irsi bir sıra Avropa ölkələrinin irsi ilə bağlı olan paralellər və müqayisələr gətirilib.

Kitab bir sıra dövlət qurumları, universitet, kitab evləri və elmi mərkəzlərə artıq təqdim olunub.

Bu ilin payızında Azərbaycanın Albaniyadakı səfirliyinin dəstəyi ilə paytaxt Tirana şəhərində “Qafqaz Albaniyasının qısa tarixi” kitabın təqdimat mərasimi nəzərdə tutulub.

Qafqaz tarixi mərkəzinin direktoru Rizvan Hüseynovun açıqlamasına görə kitabın ingilis və rus dillərində nəşri də planlaşdırılır.

alban5 alban4 alban3 alban2 alban1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki