Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.55 $▼0.76%
  • WTI neft87.79 $▼0.62%
  • Avropa qazı (TTF)85.75 €▼5.73%
  • Təbii qaz (ABŞ)3.167 $▲0.28%
  • Qızıl3 868 $▼0.07%
  • Gümüş47.31 $▼0.02%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 217 $▼1.68%
  • Ethereum1 801 $▼1.83%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Dünya elektrikli avtomobillərə keçir: Benzin mühərrikli maşınlarla bağlı XƏBƏRDARLIQ

image-1724930593_elektromobil-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünyada ekoloji tələblərin sərtləşdirilməsi və elektrikli avtomobillərin sürətlə yayılması avtomobil sənayesində yeni mərhələnin başlanmasına səbəb olub. Bir çox ölkənin daha ekoloji təmiz nəqliyyata üstünlük verməsi ənənəvi yanacaqla işləyən avtomobillərin gələcəyi ilə bağlı suallar yaradır. Bəs bu dəyişikliklər avtomobil bazarına necə təsir edəcək və yaxın illərdə benzinlə işləyən avtomobilləri hansı perspektivlər gözləyir?

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ekoloji tələblərin sərtləşməsi avtomatik olaraq benzin və dizel mühərrikli nəqliyyat vasitələrinə tələbatın azalacağı anlamına gəlmir:

“Əvvəllər sürət həddinin olmaması bəzi sürücülərin bundan sui-istifadə etməsi ilə nəticələnirdi. Hazırda Azərbaycanda tətbiq olunan ekoloji standartlar mövcud reallıqlara uyğun şəkildə formalaşdırılıb və bu sahədə kəskin məhdudiyyətlər gözlənilmir. Ekoloji tələblərin sərtləşməsi o demək deyil ki, benzin və dizellə işləyən nəqliyyat vasitələrinə tələbat azalacaq və ya onların istifadəsinə ciddi məhdudiyyətlər qoyulacaq. Sadəcə olaraq, qəbul olunmuş standartlar çərçivəsində müəyyən tənzimləmələr həyata keçirilir. Yaxın və orta perspektivdə Azərbaycanda daxili yanma mühərrikli avtomobillər hələ də bazarda əsas paya sahib olacaq. Hələ ki uzun müddət ölkəmizdə benzin və dizel mühərrikli avtomobillər istismar olunacaq. Eyni zamanda onların idxalı da davam edəcək. Bu sahədə kəskin azalma və ya qadağalar gözlənilmir.”

Eldəniz Cəfərovun fikrincə, elektrikli avtomobillərin yayılması prosesi Azərbaycanda da mərhələli şəkildə baş verəcək. Bunun üçün isə ilk növbədə infrastrukturun inkişafı, enerji təminatı və qiymət siyasəti kimi amillər həlledici rol oynayır.

Qeyd edək ki, qlobal trendlərə baxmayaraq, bir çox inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da ənənəvi avtomobillər hələ uzun müddət bazarın əsas hissəsini təşkil edəcək. Bununla yanaşı, alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının tədricən artacağı istisna edilmir.// konkret.az

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=187339