Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

image-metro_2025_yenidir-768x403-3backend
image-uzb_ads_desk

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə  səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, bu zaman “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək.

Eyni zamanda qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək:

“Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək”, – məlumatda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki