Bu məhsulların qiyməti bahalaşdı – Cib yandıran rəqəmlər

image-resize-2026-10-12t161801-778-750x403backend
image-uzb_ads_desk

2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 105,7 faiz (5,7 faiz artım) təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  cəmi məhsullar və xidmətlər üzrə qiymətlər cari ilin sentyabr ayında avqust ayına nisbətən 0,9 faiz, keçən ilin sentyabr ayı ilə müqayisədə isə 5,5 faiz artıb.

Ayrı-ayrı məhsul və xidmət qrupları üzrə göstəricilərə gəldikdə, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə yanvar-sentyabr aylarında 6,9 faizlik artım qeydə alınıb. Sentyabr ayında bu qrup üzrə qiymətlər əvvəlki ayla müqayisədə 1,4 faiz, keçən ilin sentyabr ayına nisbətən isə 6,9 faiz yüksəlib. Altqruplar üzrə altıaylıq və aylıq göstəricilər belədir: qida məhsulları yanvar-sentyabrda 6,7 faiz (sentyabrda əvvəlki aya nisbətən 1,5 faiz, illik 6,7 faiz), alkoqollu içkilər 7,6 faiz (sentyabrda əvvəlki aya nisbətən 0,4 faiz, illik 7,5 faiz), tütün məmulatları isə 10,0 faiz (sentyabrda əvvəlki aya nisbətən 0,0 faiz, illik 9,5 faiz) artıb.

Qeyri-qida məhsulları üzrə yanvar-sentyabr aylarında 3,7 faizlik artım müşahid olunub. Sentyabr ayında qiymətlər avqust ayı ilə müqayisədə 0,4 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 3,6 faiz yüksəlib. Əhaliyə göstərilmiş ödənişli xidmətlər isə yanvar-sentyabr aylarında 5,5 faiz bahalaşıb. Sentyabr ayında xidmət qiymətləri əvvəlki aya nisbətən 0,6 faiz, keçən ilin eyni ayı ilə müqayisədə isə 5,1 faiz artım göstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki