Azərbaycan iqtisadiyyatı cüzi artıb

image-iqisadiyyatbackend

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 096,4 milyon manatlıq və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Busaat.az-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 % artıb.

ÜDM istehsalının 42,4 %-i sənaye, 9,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 %-i tikinti, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,6 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 895 manata bərabər olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki