Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin78 033 $▲0.79%
  • Ethereum2 271 $▲0.80%
  • S&P 5007 580▼1.83%
19°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Cəmiyyət

Göyçayda deputat qəbulu keçirildi: İşsizlik, sosial təminat və səhiyyə məsələləri müzakirə olundu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

31 oktyabr 2026-cı il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisinin deputatı Məzahir Əfəndiyev seçki dairəsi ərazisinə növbəti səfərini edib. Səfər çərçivəsində deputat ilk növbədə Göyçay rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edib.

Deputat Göyçay şəhidlər xiyabanında rayonunun İkinci Qarabağ Müharibəsi şəhidi polkovnik-leytenant Vidadi Xəlilovun anım günü münasibətilə əziz xatirəsini dərin hüznlə anıb, şəhidimizin ailəsinə başsağlığı verib. O, İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyini, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Zəfər nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığını vurğulayıb.

Polkovnik-leytenant Vidadi Xəlilov İkinci Qarabağ – Vətən Müharibəsi zamanı Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad olunmasında yaxından iştirak etmişdir.

O, 31 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən qanlı döyüşlərdə qəhərmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Daha sonar M.Əfəndiyev Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaş qəbulu keçirib. Qəbul zamanı vətəndaşların əsasən işsizlik, sosial təminat və səhiyyə ilə bağlı müraciətləri dinlənilib. Deputat daxil olan müraciətlərin hər birinin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və aidiyyəti qurumlar qarşısında qaldırılacağını bildirib. Qəbulda vətəndaşların problemlərinin həlli istiqamətində konkret addımların atılacağı qeyd olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=188126